EN

"YAP Heydər Əliyevin rəhbərliyi ilə xalqımızın birliyini təmin edən güclü qüvvəyə çevrilib"

\"Bu gün artıq YAP-ın yaranmasından 32 il ötür. Azərbaycanda gedən bütün inkişaf, məhz ulu öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını \"dünənin, bu günün və gələcəyin partiyası\" adlandıraraq onun uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi\".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
 
O bildirib ki, YAP Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının birliyini təmin edən güclü qüvvəyə çevrilib:
 
\"Heydər Əliyevin rəhbərliyi ilə YAP Azərbaycan xalqının birliyini təmin edən güclü siyasi qüvvəyə çevrildi. Onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. O, ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi. Ümummilli Liderin dəmir iradəsi, xalqın Ona olan sevgisi, rəğbəti Azərbaycanı, müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Yeni Azərbaycan Partiyası 32 illik tarixi ərzində xalqın güvənini qazanaraq, dövlətin inkişafında aparıcı rol oynamaqda davam edir\".
 
Mikayıl Mirzəzadə

Chosen
24
azxeber.com

1Sources