EN

COP29 və COP30 su gündəliyinin irəliləyişi üçün açar tədbirlərdir - BMT AİK

Bakı. Trend:

Bakıda keçirilən COP29 və Belemdə keçiriləcək COP30 sugündəliyinin irəliləyişi üçün əsas tədbirlərdir.

Trend xəbər verir ki, bubarədə BMT-nin Avropa İqtisadi Komissiyasının (BMT AİK) icraçıkatibinin müavini Dmitriy Maryasin COP29 çərçivəsində "Su Günününqeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa"adlı yüksək səviyyəli tədbirdə bildirib.

"Dayanıqlı su təchizatı dayanıqlı gələcəyin əsasını təşkil edir.İqlim dəyişikliyi su ehtiyatlarına getdikcə daha çox təsir edir.Bunu İspaniyada, Saheldə və Amerikada baş verən dağıdıcıdaşqınlardan görürük. Su qlobal iqlim müzakirələrinin mərkəzindəqalmalıdır və transsərhəd su hövzələrinin rolunun tam tanınmasıvacibdir.

Bakıda keçirilən COP29 və Belemdə baş tutacaq COP30 bugündəliyin irəlilədilməsi üçün açar tədbirlərdir. Azərbaycanı suyuniqlim məsələlərindəki əhəmiyyətini önə çıxaran və bunun "İqlim üçünSu üzrə Bakı Bəyannaməsi" və Bakı Dialoqunda əksini tapan təşəbbüsəgörə təbrik edirəm", – deyə D.Maryasin qeyd edib.

Onun sözlərinə görə, BMT AİK bu prosesdə Azərbaycan və digərtərəfdaşlarla əməkdaşlıqdan məmnundur.

"Biz bütün ölkələri bu bəyannaməni dəstəkləməyə çağırırıq.Xüsusi diqqət transsərhəd əməkdaşlığa yönəlməlidir, çünki bu, sugündəliyinin mühüm bir hissəsidir. Dünya üzrə şirin suehtiyatlarının 60 faizi birgə istifadə olunur ki, bu da ölkələriniqlim dəyişikliklərinə uyğunlaşması və onların təsirləriniazaltması üçün effektiv əməkdaşlıq tələb edir", – deyə D.Maryasinbildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
16
2
az.trend.az

3Sources