EN

Farslar dəfələrlə tarixdə öz imperiyalarını fərqli şəkildə yaratmağa cəhd ediblər

Sasaninin süqutundan sonra farslar dəfələrlə tarixdə öz imperiyalarını fərqli şəkildə yaratmağa cəhd edirdilər. Xalid Bin Vəlidin böyük zəfərləri Mədaində böyük panika yaratmışdı. Sarayın aristokrat təbəqəsi Hindistanın Qucarat rəcasının/valisinin köməyi ilə gəmilərlə oraya köç etməyə başladılar. Sarayda əsir düşən Kəsranın qızı Şəhrbanu Əlinin oğlu Hüseyin ilə evləndikdən sonra dövlətlərini itirən və İslamı qəbullanmaqda çətinlik çəkən farslar Hüseynin atası Əli rəhbərliyində yenidən imperiyalarını bərpa etməyə çalışdılar.

Əli və Müaviyə savaşında Kufədə yerləşən və yerli əhalinin Məvali adlandırdığı farslar, Əlinin öldürülməsindən sonra Həsənə xəlifə olaraq beyət etsələrdə 6 ay sonra Həsənin sərkərdəsi Ubeydullah İbni Abbasın Müaviyə ilə anlaşması və Həsənin Əhvaz şəhərinin vergisi və bir neçə şərt müqabilində xilafəti Müaviyəyə təslim etməsi farsları böyük uğursuzluğa düçar etdi. Hüseyin ətrafında toplansalarda Kərbəla hadisəsindən sonra bu səfər Muxtar Səqəfini özlərinə rəhbər seçdilər. Hüseynin intiqamını almaq və Əli dövləti (faktiki olaraq Sasani dövlətini qurmaq) qurmaq üçün Muxtarın ordusunda savaşdılar. Muxtarın süqutundan sonra isə farsların böyük qismi Xorasana çəkildi. Əməvilər dövründə böyük təzyiqlərə məruz qalan farslar nəhayət Əbu Müslüm Xorasaninin rəhbərliyində və haşimilərin soyundan olan Abbasoğulları ilə birləşdilər. Məqsəd oyuncaq Abbasi dövlətini qurmaq pərdəarxasında isə Farsların idarə edəcəyi 2-ci Sasani dövləti yaratmaq idi.

Farsların Hüseynin və Şəhrbanunun soyundan gələn İmam Səccad başda olmaqla bütün imamların İlahi Nur (pəhləvicə Fərri Yezdani deyilir) daşıdıqlarına inanırdılar. Çünki Sasanilərdə tək məsum və günahsız Kəsra və ailəsi sayılırdı. Çünki onlar Fərri Yezdani/İlahi Nur daşıyıcıları idi. Bu daha sonra farsların şiəlik inancına və İmamət məqamına yerləşdirdiyi inanış idi. İmam Səccad/Zeynalabidin həm Peyğəmbərin həm də Kəsranın qanını daşıdığı üçün Farslar nəznində böyük sevgi və müqəddəslik zirvəsinə yüksəldilmişdi. Abbasilər dövründə dövlət tamamilə onların əlinə keçdi. 26 il dövləti idarə edən fars Bərməkilər ailəsi və ailənin lideri Xalid Bərməki Mənsur, Mehdi, Hadi, Harun dövründə siyasi güc olan Bərməki/Fars idarəsini illər sonra gecdə olsa qurmuş oldu. Bu sistem Harun Ər Rəşidin arvadı Zübeydənin Bərməkiləri təmizləməsindən sonra da davam etdi. Bələ ki, Məmunun müəllimi, vəziri fars əsilli Fəzl İbn Səhl Məmun tərəfindən öldürülməsinə qədər dövlətin rəsmən gerçək lideri olmuşdu. Hətta Məmuna şiələrin 8-ci İmamı Rzanı vəliəhd təyin etməsini məhz Fəzl tövsiyyə etmişdi. Məqsəd isə Şəhrbanu soyundan gələn İmamın dövlət rəhbəri olmasıyla Kəsranın mirasının davamı idi. Lakin Abbasi aristokratları Fəzli hamamda qətlə yetirərək və İmam Rzanı Tus şəhərində nar şirəsi ilə zəhərləyərək bu planın baş tutmasının qarşısını aldılar.

Bir

Pərviz Əliyev

visiontv.az

 



Chosen
16
visiontv.az

1Sources