EN

UEFA-dan İsveç – Azərbaycan oyunu ilə bağlı etiraf: Hakim səhvi olub

UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupunda İsveç və Azərbaycan yığmaları arasında keçirilmiş VI tur oyununda (6:0) VAR hakimlərinin nəticəyə təsir edən səhvə yol verdiklərini etiraf edib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibi komandanın hücumçusu Aleksander İsakın vurduğu qolun ofsayd səbəbindən qeydə alınmamasının yanlış qərar olduğu təsdiqlənib.

UEFA-nın həmin epizodla bağlı açıqlamasında ofsayd xəttinin düzgün çəkilmədiyi və bunun videoköməkçi hakimin səhvi olduğu bildirilib.

Qeyd edək ki, oyundan sonra Aleksandr İsak da qərarın doğru olmadığını vurğulamışdı.

Chosen
9
10
adalet.az

10Sources