EN

Bahar Muradova “Şəffaflıqda Gender” mövzusu üzrə yüksək səviyyəli paneldə çıxış edib

“COP fəaliyyətlərinin əsas prinsipləri inklüzivlik və gender bərabərliyini vurğulayır. Azərbaycan inanır ki, əhalinin müxtəlif qruplarının – uşaqların, gənclərin, qadınların və həssas icmaların potensialını səfərbər etmək iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə mühüm töhfə verəcəkdir”.

Bu fikirləri  noyabrın 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində keçirilən “Şəffaflıqda Gender” mövzusu üzrə yüksək səviyyəli tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. 2023-cü illəri əhatə edən Birgə Fəaliyyət Planının icra edildiyini bildirib.

B. Muradova vurğulayıb ki, COP29 çərçivəsində gender bərabərliyini hər iqlim siyasətinin əsas prinsipi etmək öhdəliyimizi təsdiq edirik. İstisnasız olaraq, bütün ölkələrin BTR (İkiillik Şəffaflıq Hesabatları) və NDC (Milli Müəyyən Edilmiş Töhfələr) hazırlanması və həyata keçirilməsi prosesində gender bərabərliyinə dair milli platformalar yaratmalıdır. O bildirib ki, bu, qadınlar və qızlar, ümumiyyətlə bütün digər həssas qruplara iqlim tədbirlərinə təsir göstərmək və layihələrin icrasına nəzarət etmək imkanı verəcəkdir. Həmçinin iqlim maliyyələşdirilməsində gender-həssas modellərin tətbiqi iqlim tədbirlərində gender bərabərliyini dəstəkləyəcəkdir.
B.Muradova BTR və NDC-lərdə gender bərabərliyinin təmin olunmasını davamlı və ədalətli iqlim gələcəyi üçün vacib şərt adlandırıb: “Bu təşəbbüsləri dəstəkləmək gender bərabərliyini iqlim dəyişiklikləri siyasətimizin ayrılmaz bir hissəsinə çevirməyə imkan verəcək və birlikdə daha güclü və daha inklüziv bir cəmiyyət qurulmasına töhfə verəcəyik. Hamınızı bu səylərə və məqsədlərə qoşulmağa çağırıram” - deyə çıxışını sonlandırıb.
Çıxışlardan sonra “BTR (İkiillik Şəffaflıq Hesabatı) və NDC-lərdə (Milli Müəyyən Edilmiş Töhfələr) gender inteqrasiyasının gücləndirilməsi” adlı panel öz işinə başlayıb.
Konfrans çərçivəsində gender komponentlərini özündə əks etdirən pantomima tamaşası nümayiş etdirilib.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
77
23
ikisahil.az

10Sources