EN

Bayden administrasiyasından Kiyevlə bağlı SONUNCU QƏRAR

Prezident Co Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası ABŞ Konqresinə Ukraynanın 4.65 milyard dollar məbləğində borcunu silmək istəyini bildirib.

Bu barədə "Bloomberg" nəşri xəbər yayıb.

"Ağ Ev aprel ayında təsdiqlənmiş 60 milyard dollarlıq əlavə paket çərçivəsində Ukraynaya verilən 9 milyard dollar kreditin yarısını ləğv edir", - deyə nəşr yazıb.

Həmçinin qeyd edilib ki, bu qərar gedən administrasiya tərəfindən Kiyev rejiminə yardım çərçivəsində sonuncu qərar olacaq.

Eyni zamanda bildirilib ki, borcun ləğv edilməsi Ukraynaya qalib gəlməyə kömək etməlidir və bu, ABŞ, Avropa İttifaqı, G7 və NATO-nun milli maraqlarına cavab verəcək.

Chosen
8
4
korrespondent.az

5Sources