EN

Şotlandiya parlamenti COP29-un sülh çağırışına dəstək verib

Şotlandiya parlamentində “COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü” adlı qətnamə irəli sürülüb.

Azərbaycanın Britaniyadakı səfirliyindən bildirilib ki, parlamentin rəsmi internet səhifəsində yerləşdirilən qətnamədə COP29-un dünyada, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh, beynəlxalq əməkdaşlıq və dostluq üçün əlamətdar hadisə olduğu vurğulanır.

İqlimlə bağlı fəaliyyətin sülh və əməkdaşlıq üçün xalqlar arasında necə körpü rolunu oynaya biləcəyini COP29-un təcəssüm etdirdiyi qeyd olunur.

Həmçinin dünyada davam edən münaqişələrdə iştirak edən bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran “COP Atəşkəs” təşəbbüsünə dəstək ifadə olunur.

COP29-un beynəlxalq iqlim danışıqları üçün həlledici məqam olduğu bildirlir və tədbirdə iştirak edən bütün tərəflərə iqlim böhranı ilə əsaslı şəkildə mübarizə aparmaq üçün əməkdaşlığa çağırış edilir.

Qeyd edək ki, sözügedən qətnaməni 5 siyasi partiyadan – Leyboristlər, Mühafizəkarlar, Yaşıllar, Liberal Demokratlar, Şotlandiya Milli Partiyasından 25 nəfər parlament üzvü dəstəkləyib.

Chosen
1
34
yenigundem.az

10Sources