EN

Ulduz futbolçu Trampı təqlid etdi, başını bəlaya saldı

ABŞ millisinin futbolçusu Kristian Pulişiç KONKAKAF Millətlər Liqasının 1/4 finalında Yamaykaya vurduğu qolu (4:2) qeyri-adi şəkildə qeyd edib.

Publika.az xəbər verir ki, "Milan"ın futbolçusu ölkənin yeni prezidenti Donald Trampın rəqsini təqlid edib. Buna görə Pulişiç tənqid atəşinə tutulub.

O, matçdan sonra jurnalistlərə açıqlamasında bunun gülməli olduğunu düşündüyünü və rəqs hərəkətlərinin siyasi olmadığını bildirib.

Lakin ABŞ Futbol Federasiyası (USSF) 26 yaşlı vingerin rəqsi ilə bağlı şərh verməsə də, oyunun icmalı və vurulan qol ilə bağlı paylaşılan videolardan bu hissəni kəsib. Bununla belə, USSF-nin rəsmiləri futbolçuya narahatlığını ifadə ediblər.

Chosen
13
publika.az

1Sources