Bu ilin yanvar-oktyabr aylarında ölkədə 4 433 ədəd minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə avtomobil istehsalı 86,6 faiz artıb.
Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 213 avtomobil təşkil edib.