Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri öz teleqram kanalında yayıb.
Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə "Rubej" qitələrarası ballistik raket atıb.
Raketin Həştərxan vilayətindən buraxıldığı bildirilir. Bundan başqa Rusiyanın Dneprə Tambov vilayətindən "MiQ-31K" qırıcıları ilə "Kinjal" raketləri, həmçinin "Ту-95МС" vasitəsilə 7 ədəd "Х-101" qanadlı raketləri atdığı qeyd olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Milli.Az