EN

Zelenskidən Trampa TƏKLİF: "Bu əraziləri geri qaytarsaq..."

Ukrayna Prezidenti Volodimir Zelenskinin yeni planı ortaya çıxıb.

 

Sfera.az bildirir ki, bu barədə Polşanın “Portal Obronny” nəşri yazıb. Qeyd olunub ki, Ukrayna lideri ABŞ administrasiyasına ölkədə yerləşən təbii sərvət yataqlarının birgə işlənməsinə başlamağı təklif edib.

 

“Ukraynanın titan, qrafit və litium da daxil olmaqla, trilyonlarla dollar dəyərində qiymətləndirilən mineral ehtiyatları Volodimir Zelenski və Donald Tramp arasında danışıqlarda sövdələşmə predmetinə çevrilə bilər. Zelenskinin təklif etdiyi sövdələşmə Ukraynanın şərq və cənub ərazilərini qaytardığı zaman aktual olacaq”, - materialda qeyd olunub.

 

Polşa nəşri Donbassı misal çəkərək, burada potensial olaraq 1,2-1,5 trilyon kubmetr qaz hasil etməyin mümkün olduğunu deyib. Materialın müəllifləri bildirirlər ki, belə bir sövdələşmə Zelenskiyə tezliklə Trampın rəğbətini qazanmasına kömək edə biləcək. 

 

Bundan əvvəl, Trampın nüvə silahını Ukraynaya  gizli şəkildə ötürə biləcəyi iddia olunmuşdu.  Bu fikri müdafiə təhlükəsizliyi üzrə britaniyalı mütəxəssis Nikolas Drummond bölüşmüşdü. Onun fikrincə, sövdələşmə baş tutsa, Ukrayna NATO-ya üzv olmayacaq.

 

Günay

Chosen
14
sfera.az

1Sources