Rusiyanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) t geniş təmsil olunması bir daha təsdiq edir ki, Moskva iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin ardıcıl tərəfdarıdır.
Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Baş nazir Mixail Mişustinin rəhbərlik etdiyi nümayəndə heyətini səmimi qəbul edib:
"Əminik ki, bu tədbirin Azərbaycanda keçirilməsi, xüsusilə də belə nəticələr, uğurlar və yüksək səviyyə nümayiş olunması Bakının dünya arenasındakı nüfuzunu daha da artıracaq".
Bizim.Media