EN

Trampdan skandal addım: Türk düşmənlərinə xüsusi dəvət

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Türkiyədə etirazla qarşılanan addım atıb.

Teleqraf.com Türkiyənin “Milligazete” nəşrinə istinadla bildirir ki, PKK terror təşkilatının Suriya qanadlarının (YPG/PYD/SDQ) liderləri Mazlum Kobani və İlham Əhməd Trampın inauqurasiya mərasimində iştirak üçün Vaşinqtona dəvət edilib.

Dəvətin məzmunu ilə bağlı ətraflı məlumat verilməsə də, terror təşkilatının rəhbərliyini təmsil edən bu iki şəxsin ABŞ-a gedəcəyi deyilir.

Xatırladaq ki, Kobani bundan əvvəl Trampı ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə X sosial şəbəkəsində təbrik edib.

“Prezident Donald Tramp, sizi seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm. Mən əvvəllər olduğu kimi birgə işləməyi, əməkdaşlığımızı gücləndirməyi və regionu sabitləşdirməyi səbirsizliklə gözləyirəm”, - baş terrorçu vurğulayıb.

ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
79
teleqraf.com

1Sources