EN

Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş

Keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Həbib Nurməhəmmədov və irlandiyalı döyüşçü Konor Makqreqor Bellator promosyonunun titul döyüşündə qarşılaşacaqlar.

Milli.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalist DovySime MMA məlumat yayıb.

25 yanvar 2025-ci ildə Dubayda rusiyalı Usman Nurməhəmmədov Bellator yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda irlandiyalı Paul Hughes ilə döyüşəcək.

Həbib Usman Nurməhəmmədovun əmisi oğludur. Həbib və Makqreqor döyüşçülərin tərəfindən çıxış edəcəklər.

Qeyd edək ki, Həbib 7 oktyabr 2018-ci ildə Makqreqoru məğlub edib. Döyüş dördüncü raundda irlandiyalının təslim olması ilə başa çatıb. O vaxtdan bəri İrlandiya təmsilçisi dəfələrlə Nurməhəmmədovu revanş görüşünə çağırsa da, döyüş baş tutmayıb.

Fidan
Milli.Az

Chosen
47
50
milli.az

10Sources