EN

Qədim Quran əlyazmasında gizli mətn tapıldı

Əbu-Dabidəki Zayed Milli Muzeyində İslam incəsənətinin şah əsərlərindən sayılan qədim “Mavi Quran” əlyazmasında gizli mətn aşkar edilib. Bu barədə cümə axşamı, noyabrın 21-də Əmirliyin “WAM” xəbər agentliyi məlumat yayıb.

“Mavi Quran” 9-cu əsrin sonu ilə 10-cu əsrin əvvəlləri arasındakı dövrə aiddir. Əlyazmanın dəqiq mənşəyi məlum deyil. Çox güman ki, Tunisdə, Əndəlüsdə və ya müasir İraq ərazisində hazırlanmışdır. Əlyazmanı təşkil edən 600 perqament vərəqindən yüzdən çoxu günümüzə qədər gəlib çatmayıb. Onların bəziləri şəxsi kolleksiyaçılardan, digərləri isə dünyanın müxtəlif ölkələrinin muzeylərindədir. Zayed Milli Muzeyində “Mavi Quranın” beş səhifəsi saxlanılır.

Mütəxəssislər adi gözlə görünməyən təfərrüatları görməyə imkan verən spektrzonal təsvirdən istifadə edərək, perqamentdəki təsvirin altında Ən-Nisa surəsinin fraqmentini aşkar ediblər. Agentlik xəbər verir ki, əlyazmanın yaradıcılarının bahalı perqamenti atmaq istəmədikləri üçün xəttatın səhvini bu yolla gizlətdikləri güman edilir.

Almaz Həsənli

Chosen
1
oxumeni.az

1Sources