Almaniyanın köklü klublarından olan ''Verder'' son addımı ilə diqqət çəkib.
Bundesliqa təmsilçisi ''iks'' (tvitter) platformasından birdəfəlik ayrıldığını açıqlayıb. Buna səbəb ''iks''in sahibi İlon Maskın siyasi görüşləridi. Klub bundan sonra yalnız ''bluskay'' platformasında paylaşımlar ediləcəyini vurğulayıb. ''Verder''in rəsmi açıqlamasında Maskın söz azadlığı ideologiyası altında nifrət dolu sözlərə, cinsi azlıqlara yönələn nifrətə, ultra sağçı paylaşımların sürətlə yayılmasına göz yumduğu üçün bu cür addım atıldığı vurğulanılıb.
''Verder''in ''iks''də 539 min təqibçisi var idi. Bu, son günlərdə yaşanmış ikinci analoji hadisədi. Bir müddət öncə bundesliqanın digər təmsilçisi ''Sankt Pauli'' də eyni səbəb üzündən sözügedən platformadan ayrıldığını açıqlamışdı. ''Bluskay'' isə ''iks''in alternativi sayılan və sürətlə inkişaf edən bir platformadı. Mask bilindiyi kimi ABŞ-ın yeni prezidenti Donald Trampın yaxın dəstəkçisidi. Bu üzdən Trampın əleyhdarları kütləvi olaraq ''iks''dən ayrılaraq ''bluskay''a yönəlirlər.
ƏLİ