EN

Hakim dələduzluqda ittiham olunan şəxsi ev dustaqlığına buraxıb – Zərərçəkənlər etiraz edir

“Sabuncu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə saxlanılmış Mehdiyev Vasif Arif oğlu və Zakeri Jazeh Mehdi Əsəgr oğlu barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Amma bu gün - 21 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov tərəfindən Vasif Mehdiyev ev dustaqlığına buraxılıb”.

Bu barədə “AzPolitika”- ya zərərçəkənlər Qədirov Rüstəm İlqar oğlu, Aydəmirov Akif Rahim oglu, Bəkirov Rüfət Azər oğlu, İbrahimov Əli Qüdrət oğlu və Yusifov Sadiq Umud oğlunun göndrdiyi müraciətdə bildirilir.

Şikayətçilər qeyd edirlər ki, hakimin qərarına prokuror Rəşad Əsgərov və müstəntiq Tural Qasımov etirazlarını bildirsələr də hakim Mirzəli Abbasov fikrini dəyişməyib.

Zərərçəkənlər Vasif Mehdiyevin istintaq müddətində onlara pul ödəmədiyini də vurğulayıblar. Hakimin isə qərarı öz şəxsi marağına görə verdiyini bildrirlər.

Şikyaətçilər media vasitəsi ilə Prezident İlham Əliyevdən və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimovdan təqisrləndirlən şəxsi ev dustaqlığına buraxan hakim Mirzəli Abbasov barəsində tədbir görülməsini xahiş edirlər.

Qeyd olunanlarla bağlı hakim Mirzəli Abbasovun da mövqeyini işıqlandıra bilərik.

“AzPolitika.info”

1Sources