7NEWS.az xəbər verir ki, 15 ildən sonra Hindistan Çini keçərək ABŞ-a ali təhsil üçün ən çox tələbə göndərən ölkə oldu. Beynəlxalq tələbə mobilliyi ilə bağlı hesabatda 2023-2024-cü tədris ilində ali təhsil almaq üçün ABŞ-a gələn hindistanlı tələbələrin sayının 331 min 602, çinli tələbələrin sayının isə 277 min 398 olduğu bildirilib.