EN

Azərbaycan və Rusiya parlamentarilərinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib

MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a bildiriblər ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin parlamentarilərimizin beynəlxalq təşkilatlarda, o cümlədən MDB PA çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Chosen
5
4
herbiand.az

6Sources