EN

Netanyahu barəsində həbs qərarı verildi

Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) İsrail Baş naziri Benyamin Netanyahunun həbsinə order verib.

Teleqraf.com xəbər verir ki, beynəlxalq məhkəmə İsrail rəhbərini Qəzzada hərbi cinayətlərdə ittiham edir.

Barəsində həbs qərarı verilənlər arasında İsrail müdafiə naziri Yoav Qallant da var.

Order sözügedən şəxslərin Qəzzada müharibə cinayətləri törətdiyi iddiası ilə verilib

Məhkəmə həmçinin 7 oktyabr 2023-cü ildə müharibəyə səbəb olan qırğınla bağlı Məhəmməd Diab İbrahim əl-Məsri (Məhəmməd Deyf) barəsində həbs qərarı çıxarıb. İsrail Deyfi hava hücumunda öldürdüyünü bildirsə də, HƏMAS heç vaxt hərbi qanadının rəhbərinin ölümünü rəsmi olaraq təsdiqləməyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
18
13
teleqraf.com

9Sources