EN

Bu ölkədə fərrarilərə könüllü olaraq xidmətə qayıtmağa icazə verilib

Ukrayna Ali Radası ilk dəfə olaraq bölmələrini icazəsiz tərk edən və ya fərrarilik edənlərin könüllü olaraq hərbi xidmətə qayıtması haqqında qanunu təsdiqləyib.

Demokrat.az
xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak Telegram kanalında məlumat verib.

“Rada ilk dəfə olaraq hərbi hissələri icazəsiz tərk edən və ya fərrarilik edənlərin könüllü xidmətə qayıtması haqqında qanun qəbul edib. Hərbi vəziyyət dövründə bölmələri və ya xidmət yerlərini ilk dəfə könüllü tərk etmiş və ya fərrariliyə çıxmış, sonra isə könüllü olaraq xidmət yerinə gəlmiş və xidməti davam etdirməyə hazır olduğunu bildirmiş hərbi qulluqçular üçün hərbi xidmət və müqavilə davam etdirilir”, - deyə deputat qeyd edib.

Bundan əlavə, deputat əlavə edib ki, bu cür hərbi qulluqçulara nağd ödənişlər bərpa olunacaq, güzəştlər və sosial təminatlar saxlanılmaqla, ərzaq, əşyalar və digər zəruri vəsaitlərlə təmin olunacaqlar.

Jeleznyak vurğulayıb ki, fərarilik və ya bölməni icazəsiz tərk etmə faktları üzrə açılan cinayət işləri bu cür hərbi qulluqçuların hərbi xidmətə xitam verilməsi və ya müqavilələrin ləğvi üçün əsas olmayacaq.



Əfsanə Kamal
Demokrat.az

Chosen
25
demokrat.az

1Sources