EN

COP29 çərçivəsində iqlim dəyişikliyinin fəsadlarının birgə azaldılması üzrə tədbir keçirilir - FOTO

COP29 çərçivəsində "Bakıdan Belemə: fəsadların birgə azaldılması və uyğunlaşma. Paris Sazişinin 6.8-ci maddəsi kontekstində Amazon regionunun meşələrinin kompleks və dayanıqlı idarəetmə mexanizmi" mövzusunda tədbir keçirilir.

Azərbaycan COP29-da adaptasiya, fəsadların azaldılması, iqlim maliyyələşdirməsi və gender məsələlərini əhatə edən balanslaşdırılmış qərar paketinə nail olmağa çalışır.

Day.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva tədbirdə bildirib:

"Biz, COP29 Sədrliyi və COP sədrləri Üçlüyünün bir hissəsi olaraq, 1,5°C hədəfini əldə edilə bilən zonada saxlamağa çalışırıq, beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir və ambisiyaları stimullaşdırırıq.

Tropik meşələrin qorunması və bərpası "1,5°C missiyası" yol xəritəmizin mərkəzi elementidir. Bu kontekstdə bu il iyul ayında Üçlük meşələrin qorunması, müdafiəsi və bərpasına dəstək məqsədilə yüksək səviyyəli bir tədbir təşkil etdi, bu tədbir bioloji müxtəliflik və iqlim arasında sinerji yaratmağı da nəzərdə tuturdu.

Bu tədbir Çinin Uhan şəhərində keçirilən İqlim Fəaliyyəti üzrə Nazirlər Konfransı çərçivəsində baş tutmuşdu. Burada, COP29-da biz digər mühüm bir mərhələni əldə etdik. Tərəflər Paris Sazişinin 6.8-ci maddəsində göstərildiyi kimi, bazar əsaslı olmayan yanaşmalar üzrə iş proqramı ilə bağlı mühüm qərar qəbul etdilər və bu, ölkələrə öz milli iqlim planları çərçivəsində əməkdaşlıq etmək üçün yeni imkanlar açdı.

Azərbaycan COP29-da adaptasiya, fəsadların azaldılması, iqlim maliyyələşdirməsi və gender məsələlərini əhatə edən balanslaşdırılmış qərar paketinə nail olmağa çalışır", - o qeyd edib.

Xəbər yenilənəcək

  • COP29
  • COP29
  • COP29
  • COP29
Chosen
30
3
day.az

4Sources