EN

Ançelotti Ardaya görə əsəbləşdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Arda Gülerin Monteneqro matçında 90 dəqiqə meydanda qalmasına əsəbləşib. Metbuat.az xəbər verir ki, qarşılaşmaya ilk 11-də başlayan Arda Güler 90 dəqiqə meydanda qalıb. "Real"ın baş məşqçisi Karlo Ançelotti bu vəziyyətə münasibət bildirib. “Defensa Central”ın xəbərinə görə, matçı izləyən italiyalı çalışdırıcı Ardanın belə şəraitdə oynamasına narazılıq edib. Məşqçi Ardanın zədələnə biləcəyinə görə narahatlıq ifadə edib.

Qeyd edək ki, UEFA Millətlər B Liqasının 4-cü qrupunun son matçında Türkiyə millisi səfərdə Çernoqoriyaya 1-3 hesabı ilə məğlub olaraq liderliyi əldən verib. Oyun zamanı güclü yağış müşahidə edilib və meydanca yaxşı vəziyyətdə olmayıb.

Chosen
38
12
metbuat.az

10Sources