EN

Britaniya nümayəndəsi: İqlim fondlarında islahatları sürətləndirməliyik

İqlim fondlarında davam edən islahatları sürətləndirməliyik.

APA xəbər veriri ki, bunu COP29 çərçivısində mətbuat konfransında Böyük Britaniyanın İqlim üzrə Xüsusi nümayəndəsi Rachel Kyte deyib.

O qeyd edib ki, Paris Sazişinin bütün maddələri üzrə COP29-da razılığın əldə olunmasının kritik əhəmiyyətini qeyd etmək lazımdır: “Böyük Britaniya olaraq biz bütün ölkələrə və Yeni Kollektiv Kəmiyyət Hədəfində sədrliyə kömək etməyə və işləməyə hazırıq. Düşünürük ki, burada bir razılaşma var və bu razılaşmaya ehtiyacımız var. Bizə Yeni Kollektiv Kəmiyyət Hədəfi lazımdır. Yeni məqsəd daha da böyük maliyyə imkanlarından istifadə etmək qabiliyyətini qoruyaraq, geniş, iddialı və həyata keçirilə bilən dövlət maliyyəsi olmalıdır. Bu, beynəlxalq maliyyə institutlarında və çoxmillətli iqlim fondlarında davam edən islahatları sürətləndirməliyik”.

Chosen
15
1
sherg.az

2Sources