EN

Hansı hallarda xurma yemək təhlükəlidir? - MARAQLI SƏBƏB

Mövsümi meyvələrdən olan xurma, bir çox insanlar tərəfindən sevilərək istehlak edilir. Yetişməmiş xurma ağız büzən, yetişmiş isə bal kimi şirin olur.

Maraqlıdır, xurma bədənə mənfi təsir edərmi? 

Bu barədə Hit.az-ın əməkdaşının sualına terapevt Aygün Nəzirova cavab verib.

O, xurmanın bilinməyən zərərləri olduğunu deyib:

“Məsələn, yetişməmiş xurmanın həddindən artıq istehlakı mədə və həzm sistemində tıxanmaya səbəb ola bilər. Xurmanın tərkibində tanin və şivolun adlı maddələr var. Bu maddələr sonradan orqanizmdə seliloza və zülala çevrilərək, mədədə, həzm sistemində, bağırsaqlarda pulpa əmələ gətirir. Xüsusən də, şəkərli diabet xəstəliyi olan insanlar bu meyvədən uzaq durmalıdır. Mən təklif edirəm ki, yetişməmiş xurma ümumiyyətlə istehlak edilməsin”.

Chosen
4
6
hit.az

7Sources