EN

Ermənistan Azərbaycanla əməkdaşlıq iddialarını təkzib etdi

Ermənistan Xarici İşlər Nazirliyi transsərhəd su ehtiyatlarının idarə edilməsində Azərbaycanla əməkdaşlıq iddialarını təkzib edib. 

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi ABŞ səfirinin Bakıdakı son bəyanatını şərh edərkən bildirib.

Nazirlik aydınlaşdırıb ki, bu məsələ ilə bağlı təmaslar yalnız iki ölkənin ictimai təşkilatları arasında olub.

Daha əvvəl diplomat bildirib ki, Ermənistan və Azərbaycan mütəxəssisləri transsərhəd çayların ehtiyatlarının idarə olunmasının kompleks sxeminin yaradılması üzərində birgə işləyirlər. Lakin Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.

Nərmin
Milli.Az

Chosen
17
3
milli.az

4Sources