EN

“NAS” şirkətinin nümayəndəsi: COP29 bizim üçün əla fürsət yaratdı

COP29-da iştirak etməkdən çox məmnunuq. Burada olduğumuz müddətdə yeni əlaqələr qurduq, əməkdaşlıq təklifləri aldıq. Təkliflər əsasən elektrik nəqliyyat sektoru və infrastrukturun inkişafı ilə əlaqədardı. Bu baxımdan COP29 bizim üçün əla fürsət yaratdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29-ub iştirakçısı, Çinin “NAS” texnologiya şirkətinin nümayəndəsi Yubo Zhai deyib.

O, çalışdığı qurum haqqında məlumat verərək bildirib ki, “NAS” texnologiya şirkəti Çində ən böyük elektrik enerjisi doldurma infrastruktur xidmətləri təqdim edən şirkətlərdən biridir. “Təkcə Çində deyil, həm də qlobal miqyasda müxtəlif tərəfdaşlarla daha çox əməkdaşlıq etmək istəyirik. Bunun üçün COP29 əla platformadır”, - deyə Yubo Zhai əlavə edib.

Chosen
57
xalqqazeti.az

1Sources