EN

Fələstinin rəsmi xəbər agentliyi COP29 barədə silsilə yazılar yayıb

Fələstinin WAFA xəbər agentliyi Bakıda keçirilən COP29 barədə silsilə yazılar yayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu materiallarda qlobal əhəmiyyətli tədbirin hədəfləri barədə məlumat verilib. Eyni zamanda Fələstin nümayəndə heyətinin başçısı, Ətraf Mühitin Keyfiyyəti Agentliyinin sədri xanım Nəsrin əl-Təmiminin konfrans çərçivəsində keçirilən panel iclaslarında çıxışlarına toxunulub.

Qeyd edilib ki, Nəsrin əl-Təmimi çıxışlarında konfransın əhəmiyyətini vurğulayıb, ölkəsinin məruz qaldığı ekoloji problemlər, su qıtlığı, enerji təhlükəsizliyi barədə danışıb. Bildirib ki, tədbir iqlim dəyişikliyi və onun mənfi təsirlərinin, xüsusilə müharibə və silahlı münaqişələrdən əziyyət çəkən ölkələrə təhdidlərinin müzakirəsi üçün yaxşı imkandır.

Həmçinin əl-Təmimi dövlətlərin iqlim dəyişikliklərinin təsirlərini azaltmaq məqsədilə iqlim maliyyələşdirməsinə asan çıxışın zəruriliyini diqqətə çatdırıb.

Fələstin nümayəndəsi yaşıl enerjiyə ədalətli keçidin hər bir ölkənin xüsusiyyətindən və imkanlarından asılı olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Fələstin Dövlətindəki Təmsilçilik Ofisindən AZƏRTAC-a bildirilib ki, Fələstin Azərbaycanın COP29-a sədrliyi çərçivəsində elan etdiyi “Atəşkəs Çağırışı”na tərəfdar çıxıb. Həmçinin Fələstin Azərbaycan Respublikasının COP29 sədri olaraq irəli sürdüyü 9 bəyannamə və vəddən yeddisini dəstəkləyib.

Chosen
31
sia.az

1Sources