EN

COP29 iddialı məqsədlərə çatmaq üçün qüvvələri birləşdirmək bacarığını nümayiş etdirdi - Jan Baderşnayder

COP29 iddialı məqsədlərə çatmaq üçün qüvvələri birləşdirmək bacarığını nümayiş etdirdi.

Olaylar xəbər verir ki, bunu COP29-un Məsləhət Şurasının üzvü və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Jan Baderşnayder Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat konfransında bildirib.

O, COP29 rəhbərliyinə xüsusi təşəkkürünü bildirərək, özəl sektorun maliyyələşdirmənin genişləndirilməsindəki rolunun müzakirə edilməsi üçün platforma yaratdığını qeyd edib.

"Bu, mühüm irəliləyişdir və gələcək fəaliyyətlər üçün möhkəm təməl qoyur", - deyə Baderşnayder bildirib.

Onun sözlərinə görə, iqlim maliyyələşdirilməsinin sürətlə genişləndirilməsi qlobal iqlim məqsədlərinə çatmaq üçün ən vacib şərtdir.

"Siz minlərlə tövsiyə irəli sürə bilərsiniz, amma onların həyata keçirilməsi üçün maliyyə vəsaiti olmadan onlar sadəcə kağız üzərində qalacaq. İqlim maliyyələşdirilməsinin sürətlə artırılması bizim hədəflərimizə çatmaq üçün əsasdır", - deyə o vurğulayıb.

Jan Baderşnayder qeyd edib ki, dövlət və çoxsəviyyəli səylər iqlim məsələlərini həll etmək üçün kifayət etmir və burada özəl sektorun rolu böyükdür.

O, həmçinin, əlavə edib ki, dövlət və özəl sektorlar arasında əməkdaşlıq iqlim təşəbbüslərinin həyata keçirilməsində və davamlı gələcəyə keçidin sürətləndirilməsində müəyyənedici amil olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
1
1
olaylar.az

2Sources