EN

BCM-dən Netanyahunun həbsinə order: Fransa belə reaksiya verdi

  Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Referans.az xəbər verir ki, Fransa BCM-in orderi ilə bağlı mövqeyini açıqlayıb.

Fransanın Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair orderinə cavabı məhkəmənin nizamnaməsinə uyğun olacaq.

Daha öncə Hollandiya İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxarılan həbs qərarına uyğun hərəkət etməyə hazır olduğunu açıqlayıb.

Məhkəmədən bildirilib ki, Netanyahu və Qalantın müharibə cinayətləri törətdiyini söyləmək üçün kifayət qədər sübutlar mövcuddur.

Həmçinin İsrailin Qəzzada mülki vətəndaşların yanacaq və elektrik enerjisini qəsdən məhrum etdiyini düşünmək üçün də ağlabatan əsaslar var./Globalinfo.az  

Chosen
23
38
referans.az

10Sources