Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı gündəlikdəki ikitərəfli məsələlərə, o cümlədən Ermənistan və İran arasında gələcəkdə vətəndaşların xeyrinə ola biləcək sahələrdə əməkdaşlığın genişləndirilməsinə toxunulub.