EN

Azərbaycanda nəqliyyat vasitələri və hissələri ümumi idxalın 11,89%-ni təşkil edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,9 milyard dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkənin nəqliyyat vasitələri və onların hissələrinə xərcləri ötən ilin eyni ayları ilə müqayisədə 12% azalıb. Xatırladaq ki, ötən il ölkəyə 2,2 milyard dollar dəyərində sözügedən mallar idxal olunub.

Qeyd edək ki, bu dövrdə nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 11,89%-ni təşkil edib.

Fuad Mədətov
Fins.az

Chosen
21
2
fins.az

3Sources