“Yuventus”un futbolçusu Artur İtaliya klubunu tərk edəcək.
İdman.biz xəbər verir ki, Turin təmsilçisi yarımmüdafiəçinin getməsinə razılıq verib.
Onun xidmətində maraqlı olan “Marsel” və “Betis” “Yuventus”a sorğu göndəriblər. Braziliyalı futbolçu bu iki klubdan birinə keçməyi planlaşdırır.
Qeyd edək ki, Artur yayda Türkiyə və Yunanıstan klublarının təkliflərini qəbul etməmişdi.
İdman.biz