EN

Türkiyə kəşfiyyatının rəhbəri FETÖ ilə bağlı...CHP-ni ZİYARƏT ETDİ

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Cümhuriyyət Xalq Partiyasını (CHP) ziyarət edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, CHP-dən verilən məlumata görə, MİT sədri Kalın və rəhbərlik etdiyi nümayəndə heyəti terror təşkilatlarının fəaliyyətləri və mümkün təhdidləri ilə bağlı CHP sədri Özgür Özəli və partiya rəhbərliyini məlumatlandırıb. 

 

Məsələ ondadır ki, FETÖ lideri Fətullah Gülənin ölümündən sonra ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AKP-nin iclası keçirilib, bu zaman MİT rəhbəri FETÖ ilə bağlı geniş material təqdim edib. Bundan sonra CHP sədri Özgür Özəl açıqlama verərək, eyni davranışın öz partiyasına qarşı sərgilənməli olduğunu bildirib.

 

Qeyd olunur ki, MİT sədri məhz buna görə CHP-ni ziyarət edərək terror təşkilatlarının fəaliyyətləri və mümkün təhdidləri ilə bağlı onları məlumatlandırıb.

 

İclas 2 saat 20 dəqiqə davam edib.

 

Toplantıda partiyanı maraqlandıran suallar İ. Kalın və rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən cavablandırılıb.

 

Xatırladaq ki, F. Gülən oktyabrın 20-si vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri xəstəxanada ölüb.

Chosen
5
3
senzor.az

4Sources