EN

İsrail XİN: Beynəlxalq Cinayət Məhkəməsi bütün legitimliyini itirib

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə order verdikdən sonra “bütün legitimliyini itirib”.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Qideon Saar “X” sosial şəbəkəsində bildirib.

“Haaqa Beynəlxalq Cinayət Məhkəməsi öz mövcudluğunun və fəaliyyətinin bütün legitimliyini itirdiyi qaranlıq məqamdır”, – deyə İsrailin xarici işlər naziri bildirib.

“BCM “Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliyi pozmağa çalışan” “ən radikal ünsürlərin” xidmətində siyasi alət kimi çıxış edib”, – deyə o vurğulayıb.

Bundan əvvəl İsrail prezidenti İsaak Hersoq X sosial şəbəkəsində Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qalanta həbs qərarı çıxarmasını ədalət üçün “qara gün” adlandırmışdı.

Qeyd edək ki, cümə axşamı, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında münaqişə ilə bağlı Netanyahu və Qalantı həbs etmək qərarına gəlib. Söhbət “ən azı 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək törədilmiş insanlığa qarşı cinayətlərdən və hərbi cinayətlərdən” gedir. Bundan əlavə, məhkəmə BCM-nin yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin arqumentlərini rədd edib.

Chosen
33
16
nocomment.az

10Sources