EN

ABŞ Baş Prokurorluğuna namizədliyini geri götürdü

Baş prokuror vəzifəsinə namizəd, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən irəli sürülən Nümayəndələr Palatasının üzvü Mett Getz bu vəzifədən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“Mənim senatorlarla əla görüşlərim oldu. Namizədliklə bağlı rəyləri və insanların inanılmaz dəstəyini yüksək qiymətləndirirəm. İstək güclü olsa da, indi aydındır ki, mənim baş prokurorluğa namizədliyim hakimiyyətin gələcək Tramp administrasiyasına ötürülməsi kimi mühüm prosesdən ədalətsiz şəkildə diqqəti yayındırmağa başlayır”, - o deyib.

Chosen
16
qafqazinfo.az

1Sources