EN

Dolların 120 rubldan yuxarı qalxacağı proqnozlaşdırılır

...2025-ci ildə dolların məzənnəsi nəhayət ki, 100 rubldan yuxarı möhkəmlənə bilər və növbəti iki il ərzində 2022-ci ilin mart ayının ən yüksək həddi olan 121 rubl civarına qayıdış mümkündür,

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Vedomosti”nin ekspertləri bildiriblər.

Mərkəzi Bankın 21 noyabr 2024-cü il tarixinə müəyyən etdiyi rəsmi dolların məzənnəsi 100,2192 rubl təşkil edir. Rusiya Bankının rəsmi məzənnəni psixoloji həddən artıq təyin etdiyi ikinci gündür. Noyabrın 20-də məzənnə 100,0348 rubl təşkil edib.

Əli Babayev

Chosen
26
sia.az

1Sources