ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, bu dəfə “Qazprombank”, “BKS Bank”, “Centrocredit Bank” və digər kredit təşkilatlarına qarşı sanksiyalar tətbiq edilib.
Həmçinin Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, DOM.RF, “Bratskiy Narodnıy Bank”, “Enerqotransbank”, “Kremlyovskiy Bank”, “İturup Bank”, “Sinara Bank” və başqaları “qara siyahı”ya salınıb.
Bizim.Media