EN

Neymarı əməliyyat edən həkim İkardini ümidləndirdi

Avropa Liqasında ''Tottenhem''ə qarşı oyunda sağ ayağının diz bağı qopan və meniskində ciddi zədə aşkarlanan Mauro İkardi ilə bağlı yeni xəbərlər var.

Argentinalı ulduzun mövsümü bitirdiyi güman edilirdi. O ''Qalatasaray''ın tibbi personalı ilə birlikdə əməliyyatla bağlı bütün məqamları hələ də araşdırır. İlk öncə 31 yaşlı futbolçunun ya vətəni Argentina, ya da İtaliyada əməliyyat olunacağı güman edilirdi. Amma onun Türkiyədə əməliyyat olunacağı da istisna edilmir. Çünki İkardi müalicə dönəmini Türkiyədə keçirmək istəyir. O diz bağı əməliyyatı üzrə dünyanın tanınmış mütəxəssisləri ilə danışıqlar aparır.

Bunlardan biri də braziliyalı ulduz Neymarı əməliyyat edən Andrea Milutinoviçdi. Məhz bu həkim İkardinin durumu ilə yaxından maraqlandıqdan sonra ona ''mövsümün son 5 turuna yetişə bilərsən'' deyərək ümidləndirib. ''Qalatasaray''ın baş həkimi Yenər İncə ilə də hər gün ünsiyyətdə olan təcrübəli futbolçu əməliyyatla bağlı qərar verməyə hazırlaşır. Çünki onun dizində şiş tamamilə azalıb və İkardi üçün artıq bıçaq altına yatmaq zamanıdı. Həyat yoldaşı Vanda Nara ilə boşanmaq ərəfəsində olan İkardi hazırda vətənindədi və şəxsi həyatındakı bu çalxantılı dönəmin öhdəsindən gəlmək üçün uşaqları ilə zaman keçirir. Deyilənə görə o, özündən olan uşaqları tamamilə Vandadan alaraq Türkiyəyə gətirmək və onlar üçün burda yeni həyat qurmaq istəyir.

ƏLİ

Chosen
38
football-plus.az

1Sources