EN

Almanlar Kiyevə “Taurus” raketləri verməyə qarşı çıxdı

Almaniya vətəndaşlarının əksəriyyəti Berlinin Kiyevə “Taurus” qanadlı raketləri verməsinin əleyhinədir.

Bakupost.az xəbər verir ki, bunu İnfratest dimap tədqiqat institutunun ARD telekanalı üçün keçirdiyi sorğunun nəticələri göstərir.

Respondentlərin 61%-i “Taurus”un transferinə qarşı çıxıb.

Rəyi soruşulanların yalnız 27% -i Rusiya ərazisinə zərbə endirmək üçün icazə də daxil olmaqla, raket tədarükünə tərəfdar çıxıb.

Sorğu iştirakçılarının daha 3%-i “Taurus”ları Kiyevə verməyə tərəfdar olsalar da, Rusiyaya qarşı zərbələrə qarşı çıxıblar. Qalanları sorğuya cavab verməyə çətinlik çəkiblər.

Sorğuda 1318 nəfər iştirak edib. Sorğu noyabrın 18-dən noyabrın 20-dək aparılıb.

Zaur, BakuPost
Chosen
21
bakupost.az

1Sources