EN

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ Maliyyə Nazirliyi “Qazprombank”, “BKS Bank”, “Centrocredit Bank” və digər kredit təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə Amerika qurumunun dərc olunmuş sənədində deyilir.

Sənədə əsasən, sanksiya siyahısına həmçinin Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, DOM.RF, “Bratskiy Narodnıy Bank”, “Enerqotransbank”, “Kremlyovskiy Bank”, “İturup Bank”, “Sinara Bank” və başqaları da salınıb.

Ümumilikdə 100-ə yaxın fiziki və hüquqi şəxs məhdudiyyətlərə məruz qalıb.

Chosen
19
13
sitat.info

10Sources