EN

Bakıda halı pisləşən “bomj”a təcili yardım çağırıldı - Üzərindən GÖRÜN NƏ ÇIXDI?

Bakıda bir neçə gün öncə axşam saatlarında küçədə səfil həyatı yaşayan bir nəfərin halı pisləşib.

Avtosfer.az xəbər verir ki, hadisə şahidləri Titul.az-a verdiyi məlumata görə, əraziyə dərhal təcili yardım çağırılıb.

Tibb əməkdaşları digər insanların köməyi ilə onu təcili yardıma yerləşdirərək yaxınlıqdakı xəstəxalardan birinə çatdırıblar.

Ən təəccüblü olay da bu zaman baş verib. "Bomj"un əynindəki gödəkçə çıxarılarkən onun cibindən külli miqdarda məbləğ çıxıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, bu məbləğ 3800 manat civarında olub.

Chosen
10
17
avtosfer.az

10Sources