EN

İki ölkə Ukraynaya raket verən şirkətə qarşı araşdırmalara başladı

Britaniya və Fransa hüquq-mühafizə orqanları, Ukraynaya hərbi məhsullar tədarük edən “Thales” müdafiə şirkətinə qarşı birgə antikorrupsiya araşdırmasına başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Böyük Maliyyə Fırıldaqçılığına qarşı Mübarizə Xidmətinin yaydığı bəyanatda bildirilir.

Parisdə yerləşən baş ofisi ilə fəaliyyət göstərən “Thales”, korrupsiya və rüşvətxorluqda şübhəli bilinir. Şirkətin Böyük Britaniyada, “Thales UK” törəmə şirkəti vasitəsilə 7 mindən çox işçisi olan 16 obyekti mövcuddur.

Şirkət, xüsusilə Böyük Britaniya hökumətinin Ukraynaya tədarük etdiyi hərbi məhsullarla məşhurdur. Bunlar arasında Şimali İrlandiyanın Belfast şəhərində yerləşən zavodda istehsal olunan çoxməqsədli “Martlet” raketləri və daşına bilən “Starstreak” zenit-raket kompleksləri də yer alır. 

 

Musavat.com

Chosen
9
4
musavat.com

10Sources