EN

Bayden Ukraynaya bu yaxşılığı da edir: Respublikaçılar mane ola bilməyəcəklər

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresə Ukraynanın 4,65 milyard dollarlıq borcunu silməyi planlaşdırdığında dair məktub göndərib.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg agentliyi yayıb.

Agentliyin tanış olduğu məktubda qeyd edilir ki, borcun ləğvi “ABŞ-ın və onun Aİ, G7+ və NATO-dakı tərəfdaşlarının milli maraqlarına uyğundur”.

Həmçinin aydın olur ki, Ağ Ev apreldə təsdiqlənmiş 60 milyard dollarlıq əlavə yardım paketi çərçivəsində Kiyevə verilən 9 milyard dollar kreditin yarısını ləğv etmək niyyətindədir.

Bloomberg-in məlumatına görə, Bayden administrasiyasının planı artıq respublikaçıların etirazına səbəb olub. Senator Rand Paul deyib ki, o, “Bayden administrasiyasının Amerika xalqını Ukraynanın borcuna görə məsuliyyət daşımasına mane olmaq üçün” Senatda səsverməyə çalışacaq.

Agentlik vurğulayır ki, səsvermə Senat tərəfindən təsdiq edilməlidir, çünki Konqresin yuxarı palatasına demokratlar nəzarət edir. Bundan əlavə, Bayden də hərhansı qətnamə qəbul edilərsə, veto qoya bilər.

Amerika rəsmilərindən biri agentliyə bildirib ki, ABŞ prezidentinin Ukraynanın borcunun 50 faizini silmək hüququ var.

Qeyd edək ki, Qazprombank Rusiya neft və qazını alan dövlətlər üçün ödənişlərin çatdırılmasında yeganə vasitə idi. ABŞ-ın onu sanksiya siyahısına salması tezliklə hələ də Rusiyadan neft-qaz alan Avropa ölkələri üçün böyük problemlər yaradacaq.

 

Musavat.com

Chosen
3
2
musavat.com

3Sources