EN

ABŞ husilərin hədəflərinə dənizdən raket zərbəsi endirib

ABŞ silahlı qüvvələri qiyamçı husi hərəkatı Ənsar Allahın nəzarəti altında olan Yəmənin əl-Hodeydə əyalətinə dənizdən raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə “əl-Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın yaydığı məlumata görə Qırmızı dənizdə yerləşən ABŞ hərbi gəmiləri ən azı dörd raket atıb.

Onların hədəfi husilərin əyalətin paytaxtından təxminən 90 kilometr cənubda yerləşən əl-Mətina bölgəsindəki obyektləri olub.

Chosen
25
apa.az

1Sources