EN

Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər

Fransa prokurorluğu qəzanı törədən aktyor Palmada üçün 5 il həbs istəyib.

Fransanın Melun ÅŸÉ™hÉ™rinin prokurorluÄŸu narkotikin tÉ™siri altında qÉ™za törÉ™dÉ™n aktyor Pyer Palmadanın 5 il müddÉ™tinÉ™ azadlıqdan mÉ™hrum edilmÉ™sini istÉ™yib. 

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, narkotikin təsiri altında olan aktyor ötən ilin fevralında Sena və Marna departamentində qəza törədib, nəticədə 3 nəfər ağır yaralanıb. Zərərçəkənlərdən biri hamilə olduğu üçün uşağını itirib.

Dövlət ittihamçıları Palmadanın iki il müddətinə şərti azadlığa buraxılmamaq şərti ilə beş il həbs cəzası almasını, ardınca isə üç il sınaq müddəti tələb edib. Aktyor məhkəmə iclasından əvvəl zərərçəkmişlərdən əfv istəyib. O, artıq spirtli içki və narkotik qəbul etmədiyini bildirib.
 

Chosen
9
2
olke.az

3Sources