EN

Myanmada bu il ən azı 650 uşaq münaqişənin qurbanı olub

“Təkcə 2024-cü ildə Myanmada azı 650 uşaq zorakılıq nəticəsində öldürülüb və ya şikəst olub”.

“Far.Az”un məlumatına görə, bu barədə UNİCEF-in icraçı direktorunun humanitar məsələlər və təchizat üzrə müavini Ted Çayban açıqlamasında bildirib.

Qeyd edilir ki, minalardan mülki əhali arasında itkilərin təxminən üçdə biri uşaqların payına düşür:

“Myanmadakı humanitar böhran qırılma nöqtəsinə çatır. Artan münaqişə, iqlim şokları uşaqları və ailələri görünməmiş risk altında qoyur. Ölkə üzrə 3,4 milyondan çox insan didərgin düşüb, onların təxminən 40 faizi uşaqlardır. Təhlükəli dərəcədə aşağı maliyyələşdirmə səylərimizi ciddi şəkildə əngəlləyir - 2024-cü il humanitar müraciətimizin 25 faizindən az hissəsi yerinə yetirilib, uşaq və ailələrin ehtiyacları isə artmaqda davam edir”.

Qeyd edək ki, sentyabr ayında Yaqi qasırğasının səbəb olduğu daşqınlar nəticəsində ən azı 293 nəfər ölüb, daha 89 nəfər itkin düşüb.

Chosen
20
1
far.az

2Sources