1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya-Çin alimləri qrupu Ayın cənub qütbündə yerləşən Şumeyker kraterinin daim kölgəli dibinin fotogeoloji təhlilini aparıblar. Araşdırmanın nəticələri kraterin dibində buz şəklində suyun mövcudluğuna işarə edir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Elm və Ali Təhsil Nazirliyinin Mətbuat Xidməti xəbər verib.
Bildirilib ki, kölgəli dibdə görünən yenilik bəzi kraterlərin valının kəskin "pərli" xarici sonluğudur.
"Bu, ehtimal ki, hədəf materialında su buzunun mövcudluğu ilə əlaqədardır", - deyə qurumdan vurğulanıb.
Krater Ayın cənub qütbü bölgəsində yerləşir. "ShadowCam" texnologiyası ABŞ-nin Arizona Ştat Universitetində hazırlanmış çox həssas kameradan istifadə edir.
"Təhlil göstərib ki, Şumeyker krateri dibinin morfologiyasında kraterlər üstünlük təşkil edir, daxili yamacların kölgəli aşağı hissələrinin səthi dalğalıdır. Yəni "fil dərisi" adlanan teksturdadır - bu da Ayda Günəşlə normal işıqlanan düzənliklər və yamaclar üçün xarakterikdir. Yeganə fərq Şumeykerin dibində qanadlı "pərli" (vallı) kraterlərin olmasıdır", - deyə alimlər əlavə ediblər.
Qeyd olunur ki, şəkillərdə bu kraterlərin valının xarici sonluqlarının çox kəskin olduğu görünür.
"Bu xüsusiyyətlərinə görə onlar Marsın bir çox kraterlərinə bənzəyirlər ki, bu da hədəfdə əhəmiyyətli miqdarda su buzunun olması ilə əlaqələndirilir. Kraterdən çıxan və valı təşkil edən tullantıların hərəkəti zamanı buz əriyir və material suvaşqanlı olur", - deyə tədqiqatçılar qeyd edirlər.
Qeyd edək ki, Şumeyker kraterində potensial su buzu yataqlarının aşkar edilməsi gələcək Ay missiyaları üçün böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, belə tapıntılar təbii peykimizin geoloji tarixi və təkamülünə işıq salır.