Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatınınkeçmiş prokuroru Pem Bondini ölkənin baş prokuroru vəzifəsinənamizəd irəli sürüb.
Trend xəbər verirki, Tramp bu barədə "Truth" sosial şəbəkəsində paylaşım edib:
"Pemın rəhbərliyi altında Ədliyyə Departamenti öz əsas missiyasına- cinayətkarlıqla mübarizə aparmağa və Amerikanı yenidən təhlükəsizetməyə fokuslanacaq. Mən Pemı uzun illərdir tanıyıram. O, ağıllı,prinsipial və qətiyyətlidir. Baş Prokuror vəzifəsində əla işgörəcəyinə əminəm."
Trampın bu açıqlamasından əvvəl, ABŞ-ın keçmiş konqresmeni MattGaetz cümə axşamı baş prokuror vəzifəsinə namizədliyini geriçəkdiyini bəyan edib. Tramp isə Gaetzin qərarına hörmətləyanaşdığını bildirib.
Pem Bondi, Floridanın baş prokuroru olaraq çalışdığı dövrdəyüksək peşəkarlığı və sərt mövqeyi ilə tanınıb. Onun bu vəzifəyətəyin edilməsi ABŞ Ədliyyə Departamentində mühüm dəyişikliklərəsəbəb ola bilər.