EN

Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatıb. Söhbət təxminən 10 il əvvəl 39 yaşlı Ceyms Hovelsin tanışının atdığı və içində 8 000 "Bitcoin"lə sərt diskin olduğu zibil torbasından gedir. Hazırda cihaz Uelsin Nyuport şəhəri yaxınlığındakı zibilliyin dibində yatır.
Oxu.Az-ın məlumatına görə, bu barədə "LADbible" xəbər verib.
Bildirilir ki, Ceyms sərt diski tapmaq üçün təxminən 1,5 milyon ton zibilin içində eşələnməyə hazırdır. 2013-cü ildə bütün bunlar baş verəndə onun 8 000 "Bitcoin"i təxminən 4 milyon funt sterlinq dəyərində qiymətləndirilirdi, lakin indi məzənnə artıb və kriptovalyutanın dəyəri 600 milyon funt sterlinqdən (780 milyon dollar) çox olub.
Sərt disk tamamilə təsadüfən zibilliyə düşüb: Ceyms kompüterini yeniləyəndə onu masanın üstünə qoyub. Görünür, səhvən cihaz torbaya, sonra da zibilliyə düşüb.
Zərərçəkən dəfələrlə şəhər şurasına müraciət etsə də, onunla görüşmək istəmirlər. Şura bildirib ki, lisenziya icazəsinə əsasən, qazıntı işləri mümkün deyil. Hətta hər hansı təşkilat Ceymsə zibilin içində eşələnməyə icazə versə belə, bu ətraf mühitə böyük təsir göstərəcək.
O, bir neçə dəfə şuraya ictimai layihələrin maliyyələşdirilməsi üçün "Bitcoin"lərin faizini köçürməyi təklif etsə də, rədd cavabı alıb. Buna görə də o, şəhər şurasını məhkəməyə verib.
İş 2024-cü ilin dekabrında hakimə təqdim edilməlidir.
Chosen
33
50
oxu.az

10Sources